• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Obameyanq Avropa Liqasının ən yaxşı bombardiri oldu

İDMAN

23 Fevral 2024 | 12:12

Obameyanq Avropa Liqasının ən yaxşı bombardiri oldu

Fransanın “Marsel” klubunun hücumçusu Pyer-Emerik Obameyanq UEFA Avropa Liqasının ən yaxşı bombardiri ünvanını ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı qabonlu futbolçu buna turnirin pley-off mərhələsinin “Şaxtyor”la cavab oyununda (3:1) 1 qol vurmaqla nail olub.

Obameyanq üçün bu, Avropa Liqasında 31-ci qol olub. O, bu göstəricidə 30 dəfə fərqlənən kolumbiyalı forvard Radamel Falkaonu qabaqlayıb.

Qeyd edək ki, qabonlu Pyer-Emerik Obameyanq əvvəllər “Milan”, “Monako”, “Çelsi”, “Arsenal”, “Barselona”, Dortmund “Borussiya”sı və “Sent-Etyen”də çıxış edib.


SON XƏBƏRLƏR

26 Iyul 2024