• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

O’Braynın Bakı səfəri anti-Azərbaycan ifadələrinə görə üzr istəməsidir

SİYASƏT

08 Dekabr 2023 | 16:35

O’Braynın Bakı səfəri anti-Azərbaycan ifadələrinə görə üzr istəməsidir

"ABŞ-Azərbaycan münasibətləri fundamental əsaslara malikdir və Dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmiz əleyhinə açıqlamaları erməni lobbisinin təsiri ilə verdiyi bəllidir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat xatırladıb ki, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın 15 noyabrda Konqresdə keçirilən dinləmələrdə Azərbaycana qarşı qərəzli ifadələr işlətməsinə cavab olaraq rəsmi Bakı adekvat addımlar atmışdı: "Nəticədə ABŞ-Azərbaycan münasibətlərində heç vaxt olmadığı qədər qeyri-müəyyən vəziyyət yaranmışdı. ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi, O’Braynla bağlı xüsusi xahişi və yüksək səviyyəli səfərlərin bərpasına razılığını bildirməsi Vaşinqtonun Bakı ilə münasibətləri korlamaq niyyətində olmadığının göstəricisi idi. Ona görə də Ceyms O’Brayn dövlət başçısı İlham Əliyev tərəfindən qəbul edildi və ikili münasibətlərə bir daha nəzər salındı. Prezident sülh danışıqları təşəbbüsçüsünün Azərbaycan olduğunu, rəsmi Bakının beynəlxalq hüquq normalara hər zaman sadiqliyi O’Braynın diqqətinə çatdırdı. Amerikalı rəsmi də Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını və regional sülhü dəstəklədiklərini bildirdilər".

Parlament üzvü vurğulayıb ki, o, Ceyms O’Braynın Bakıya səfərini dediyi anti-Azərbaycan ifadələrə görə, üzr istəmə kimi başa düşür: "ABŞ-nin Cənubi Qafqazda əsas partnyoru Azərbaycandır. Azərbaycanın iştirakı olmadan regionda heç bir lahiyə icra olunmur. Azərbaycanla Ermənistan arasında sülh danışqlarının aparılması neytral mövqe sərgilənən platformalarda getməlidir. Əgər ABŞ belə bir mövqeni yenidən sərgiləyərsə, Vaşinqton platforması da bərpa oluna bilər. Azərbaycan sülhün tərfədarıdır və bununla bağlı müzakirələri ikitərəfli formatda, ya da neytral platformalarda davam etdirməyə hər zaman hazırdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024