Omikron boğazı, səs tellərini zədələyir, xəstələr uzun müddət quruluq, qıcıqlanma, öskürək, səs batmasından əziyyət çəkir.
Bakıvaxtı.az xəbər verir ki, otolorinqoloq həkim Aza Mahmudova bu problemlərin həlli yollarını açıqlayıb.
Onun sözlərinə görə, indi qış olduğu üçün otaqlar kondinsioner, radiatorlarla isidilir ki, bu da havanı daha da qurudur. Omikrona yoluxanlar ən azı 2 ay işlədikləri və yatdıqları otaqda havanı nəmləndirməlidir.
"Bunun üçün xüsusi cihaz, aparat və püskürdücülər var. Əgər bir şey tapa bilməsəniz, otaqda radiatorların qarşısına, pəncərə kənarına su dolu enli qab, ləyən qoya, suda isladılmış dəsmal və ya mələfəni radiatorun üzərinə sala bilərsiz".
A.Mahmudova bildirib ki, nəmli, rütubətli hava burun-boğaz selikli qişalarının normal funksiyası üçün vacibdir. Otaqda nəmlik göstəricisi 35-45 faiz olmalıdır.
"Omikron boğazın, udlağın arxa divarını zədələyir, səs telləri bağları elastikliyini itirir, səs tutulur.
Xəstələr qismən səs batması yaşayır.
Bunun üçün onlar boğaz selikli qişasını bərpa edən spreylərdən istifadə etməli, tez-tez ilıq su içməli, az danışmalıdır ki, səs telləri bərpa olsun", - deyə otolorinqoloq həkim bildirib
















