• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Çində “Boeing” qəzası qurbanlarının qalıqları tapıldı 

CƏMİYYƏT

23 Mart 2022 | 19:02 | Müəllif: Qalib İbrahimoğlu

Çində “Boeing” qəzası qurbanlarının qalıqları tapıldı

Xilasedicilər Çinin cənubunda Boeing 737 sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə qurbanların qalıqlarını tapıblar.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir i, bunu xüsusi mətbuat konfransında Çinin Quansi-Çjuanq Muxtar Bölgəsinin yanğınsöndürmə və xilasetmə xidmətinin birləşmiş dəstəsinin komandiri Den Xi bildirib.

Onun sözlərinə görə, xilasedicilər əməliyyat aparılan yerdə təxminən 46 min kvadratmetr əraziyə baxış keçirib və təyyarənin qalıqlarını, həmçinin insan bədəninin fraqmentlərini aşkar ediblər (oxu.az).

O qeyd edib ki, tapılan bütün nümunələr xüsusi komissiyaya təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR