• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Koronavirusdan ölüm faizi ən aşağı səviyyəyə düşüb” - ÜST rəsmisi

CƏMİYYƏT

22 Aprel 2022 | 16:53 | Müəllif: Subhan Mahmudov

“Koronavirusdan ölüm faizi ən aşağı səviyyəyə düşüb” - ÜST rəsmisi

“Hazırda COVID-19-dan ölüm faizi pandemiya başlayandan ən aşağı səviyyəyə düşüb”.

Bunu Bakıvaxtı.az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

O hesab edir ki, bununla belə, sayıqlığı əldən vermək olmaz.

ÜST koronavirusun yeni ştamlarının, o cümlədən rekombinatlarının meydana gəlməsi ehtimalını istisna etmir.

“ÜST-ün məqsədi 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70%-nin peyvəndlənməsini təmin etməkdir. Bu zaman əsas üstünlük tibb işçilərinə, yaşlılara və digər risk qruplarına verilir”, - o deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR