• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Çox çay içənlərə XƏBƏRDARLIQ: Bu xəstəlik...

CƏMİYYƏT

23 Mart 2022 | 17:35 | Müəllif: Qalib İbrahimoğlu

Çox çay içənlərə XƏBƏRDARLIQ: Bu xəstəlik...

"Böyrək daşları Azərbaycanda çox geniş yayılmış xəstəliklərdən biridir. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, Fransa ilə müqayisədə Azərbaycanda böyrək daşı xəstəliyinə 3-4 dəfə artıq rast gəlinir".

Bakıvaxtı.az xəbər verir ki, bunu uzman həkim, uroloq-androloq Araz Bayramov deyib.

Onun sözlərinə görə, çünki böyrək daşı xəstəliklərinə isti iqlimlərin mövcud olduğu yerlərdə daha çox rast gəlinir. Həkim bildirib ki, həmçinin bu, qidalanma tərzimizlə əlaqədardır: "Məlumdur ki, böyrəklər insan orqanizminin ən güclü süzgəcidir. Belə ki, protein mənşəli qidanın – mal və qoyun ətinin mətbəximizdə üstünlük təşkil etməsi qidalanmamızda əsas rol oynayır":

A.Bayramov deyib ki, bu xəstəliyin yaranmasının səbəblərindən biri də bizim daha çox çay içməyə üstünlük verməyimiz, sudan isə az istifadə etməyimizdir: "Lakin daş xəstəliklərinin aradan qaldırılmasında içdiyimiz suyun miqdarı çox vacibdir. Ümumiyyətlə, bizim həyat tərzimiz böyrəklərdə daş xəstəliyinin yaranmasında böyük rol oynayır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026