2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Bakıvaxtı.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
Qərarda bildirilir ki, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrindətibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnıztövsiyə edilir.
Nuranə Daxilqızı
















