• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bəzi valideynlər uşaqlarının yox, öz gələcəklərini düşünüb addım atır

CƏMİYYƏT

23 Mart 2022 | 12:14

Bəzi valideynlər uşaqlarının yox, öz gələcəklərini düşünüb addım atır

Bir sıra valideynlər öz şəxsi qorxularına görə, övladlarını xaricdə təhsil almağa, özünü inkişaf etdirməyə, ailə quracağı şəxsi özünün seçməsinə icazə vermirlər.

Hər bir xarakteristik əlamətlərin psixologiyada mənaları var.

Əksər valideynlərdə rastlaşdığımız bu əlamət nəyi bildirir və onları necə maarifləndirmək olar? 

Psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a təəssüflənərək bildirib ki, bir çox valideynlər övladlarını sevdiklərini desələr də, əslində onlar uşaqlarının yox, öz gələcəklərini düşünərək hərəkət edirlər: 

"Yəni belə valideynlər öz gələcəklərinin təminatını nəzərə alırlar. Sanki insan banka pul qoyur və faiz götürür, bunlar da eynilə belə davranır. Yəni indi uşağı üçün yatırım edir ki, sonra uşağını istismar etməyə başlasın. Təəssüf ki, belələri çoxdur. Ona görə də bu, uşaq sevgisi yox, eqoistlik və özünü düşünmək adlanır". 

Psixiloq bunun bir növ əqli inkişafın səviyyəsindən asılı olduğunu qeyd edib: 

"Məsələn, o toplumlardakı insanların intellekti, əqli inkişafı çox yüksəkdir, onlar altruist olur. Onlar öz övladlarını xırda maraqlarından üstün tuturlar. Amma əqli inkişafı aşağı olan toplumlarda insanlar öz cılız maraqlarını düşünürlər". 

E. Əkbər əlavə olaraq qeyd edir ki,Azərbaycanda həddindən artıq təşviş pozuntusu olan insanlar var, sadəcə onların özünün bundan xəbəri yoxdur: 

"Təşviş pozuntusu da ona gətirib çıxarır ki, onlar yerli-yersiz qorxub, narahat olurlar. Ona görə də belə insanlar daim öz övladlarını kontrol etmək istəyirlər. Məhz bu təşviş pozuntusundan irəli gələrək, valideynlər uşaqlarının şəxsi inkişafına və həyatını doğru qurmağına mane olurlar. Əgər o insanlar özləri psixoterapiya keçib təşvişlərindən azad olsalar, uşaqlarının da xaricdə təhsil alarkən heç bir problemlə üzləşməyəcəyini anlayarlar. Onlar sadəcə başa düşməlidir ki, övladları burda da problemlə üzləşə bilər, xaricdə də. Buna görə, uşaqların gələcək inkişafının qarşısını almaq doğru deyil. Burda bir çox hallarda, maarifləndirmə də rol oynamır, çünki təşviş pozuntusu bu kimi valideynlərin xarakterində olur. Sadəcə olaraq maarifləndirməni belə aparmaq olar ki, valideynlər övladları ilə birlikdə ailə psixoterapiyasına qatılsınlar. Çünki heç bir xəstəliyi maarifləndirmə və təbliğatla müalicə etmək olmaz".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026