• Bakı 11° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

“Onlara qoşulduğum üçün peşmanam”

İDMAN

14 Noyabr 2025 | 21:55

“Onlara qoşulduğum üçün peşmanam”

“Çelsi”nin sabiq hücumçusu, hazırda “Olimpik Marsel”də çıxış edən Pyerr-Emerik Obameyanq 2022-ci ildə London klubuna transferinin onun karyerasında ən böyük səhvlərdən biri olduğunu deyib.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu “Canal+” kanalına açıqlamasında həmin qərarın həyatında ağır dönəmə təsadüf etdiyini bildirib.

“Onlara qoşulmağım çox böyük səhv idi, buna görə də peşmanam. O vaxt “Barselona”da çətin mərhələ yaşayırdım. Evimə quldurlar girmişdi və klub ya məni, ya da Memfis Depayı satmalı idi. Yeganə variant “Çelsi” idi. Ona görə düşündüm ki, yaxşı, ailəm üçün gedim, qoy bu, hətta “Çelsi” olsun”, – o deyib.

Obameyanq bildirib ki, keçidin uğurlu olacağına ümid edirmiş:

“Düşünürdüm ki, hər şey yolunda gedəcək. Çünki Olivye Jiru da “Arsenal”dan “Çelsi”yə keçmişdi və heç bir problem yaşamamışdı. Amma məndə hər şey tam fərqli oldu”.

Qeyd edək ki, Obameyanq “Çelsi”də 2022-ci ilin payızından 2023-cü ilin yayına qədər çıxış edib. Bu müddətdə o, bütün turnirlərdə 21 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.


SON XƏBƏRLƏR