Avropa ölkələrində hökumətlər dövlət qulluqçularının ABŞ mənşəli mesajlaşma tətbiqlərindən istifadəsini məhdudlaşdırmağa başlayıb.
Bakıvaxtı.az "Politico"-ya istinadən xəbər verir ki, Fransa, Almaniya, Polşa, Niderland, Lüksemburq və Belçika nəzarət edə bilmədikləri platformalardan imtina etməyə yönəlib.
Belə ki, "WhatsApp" və "Signal" kimi tətbiqlərin istifadəsi getdikcə məhdudlaşdırılır.
Onların yerinə dövlət nəzarətində olan, qapalı mesajlaşma sistemlərinin tətbiqi planlaşdırılır.
Bakı 




