• Bakı 15° C

    3 m/s

Orucluqdan sonra necə qidalanmalı?

CƏMİYYƏT

04 May 2022 | 10:54 | Müəllif: Qalib İbrahimoğlu

Orucluqdan sonra necə qidalanmalı?

Ramazanda bir ay boyunca oruc tutan insanlar həmin rejimə öyrəşdiyi üçün orucluqdan sonra bəzən problemlər yaşayırlar. Ramazan ayından sonra qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Bəs oruc tutanlar Ramazandan sonra necə qidalansınlar?

Dietoloq Ofelya Tahirova Bakıvaxtı.az-a bildirib ki, orucluqdan sonra mütləq şəkildə əməl olunmalı əsas nüanslar var. Onun sözlərinə görə, maye qəbulunu mütləq şəkildə artırmaq lazımdır. Qida rasionundan qızartma, yağlı, unlu, şirin məmulatlar çıxarılmalıdır: “Kimlər ki, bu qidalardan uzaq qala bilmir, çox az istifadə etmələri məsləhətdir. Axşam yeməyi çox vacibdir, gec saatlarda yemək olmaz. Səhər oyanan kimi maye qəbul etmək mütləqdir. Səhər yeməyində də daha yüngül yeməklərdən istifadə edə bilərlər. Pendir, yumurta, zeytun yanında tərəvəzlər və s. yeyə bilərlər”.

Dietoloq daha çox mövsüm meyvələrinə üstünlük verilməsini məsləhət görür. Dediyinə görə, şirniyyat istəyi çox olan insanlar quru meyvələrdən, darçın kimi ədviyyatlardan istifadə edə bilərlər. Bu, şirniyyat istəklərini də azaltmış olar. O.Tahirova deyir ki, orucluqdan sonra insanlar menyuda tərəvəzlərə bol yer verməlidirlər: “Yəni, çalışsınlar ki, hər qida qəbulunda tərəvəz olsun. Sonuncu qida qəbulunu yatmamışdan 4-5 saat əvvəl qəbul etməyə çalışsınlar. Yürüş mütləqdir, hərəkətdə olmaq lazımdır. Xüsusilə, axşam yeməyindən sonra yürüşlər məsləhətdir”.

Orucluqdan sonra yaranan ən böyük problem aşırı qida qəbulu və az çeynənilərək yeyilən yeməklərdir. Şirin və qızardılmış yeməklər mədə-bağırsaq sistemində problemlər yaradır: “Qazlı və şirəli içkilərdən də uzaq durmaq məsləhətdir. Bunların hamısı həzmsizlik, şişkinlik, hətta ürək bulanma, qan şəkərinin yüksəlməsi, ürəkdə sıxılmalar yarana bilir. Əlavə olaraq, oruc tutan xroniki xəstələr mütləq ramazan ayından sonra həkimlərinə müraciət etməlidilər ki, vəziyyətləri yenidən dəyərləndirilsin və ona uyğun müalicə alsınlar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR