• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Orxan Məmmədov “Zirə”nin Müşahidə Şurasının sədri seçildi - FOTO

İQTİSADİYYAT

05 Avqust 2022 | 18:32

Orxan Məmmədov “Zirə”nin Müşahidə Şurasının sədri seçildi - FOTO

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Zirə” klubunun Müşahidə Şurasının sədri seçilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə O.Məmmədov “Twitter” hesabında məlumat verib.

“Bu gün komandamızla Prezident tərəfindən qəbul olunduq. Böyük şərəfi bizə yaşatdığına, uğurumuza dəyər verdiyinə görə möhtərəm Prezidentə komanda adından təşəkkür edirəm. Futbola diqqət və qayğı göstərən bir nömrəli azarkeş olan Prezidentimizin bu etimadını daima doğruldacağıq. “Zirə” PFK-da idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirdik. İclasda klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edildi. Müşahidə Şurasının sədri seçilməyimlə bağlı göstərdikləri etimada görə üzvlərə təşəkkür edirəm”, - deyə O.Məmmədov qeyd edib.


SON XƏBƏRLƏR

25 Aprel 2024