• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb

CƏMİYYƏT

28 Mart 2024 | 09:50

Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb

Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edilib.

Bildirilib ki, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub. Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026