2024-cü ildə qızılca və suçiçəyi keçirən şəxslərin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.
Məlumata əsasən, ötən il 18 584 nəfər qızılca, 22 615 nəfər isə suçiçəyi xəstəliyi keçirib.
2023-cü ildə qızılca keçirənlər 13 207 nəfər, suçiçəyi keçirənlər isə 41 874 nəfər olub.