• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 221 nəfərə çatıb

DÜNYA

22 Iyul 2025 | 11:05 | Müəllif: Əli Hüseynov

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 221 nəfərə çatıb

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 221 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərlə Mübarizə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, həlak olanlardan 104 nəfəri qadın və uşaqlardır.

    Daşqınlar nəticəsində 500-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

    Təbii fəlakətdən ən çox təsirlənən bölgə Pəncab vilayəti hesab olunur. Bununla yanaşı, Bəlucistan, Kəşmir, Gilgit-Baltistan və Hayber Paxtunxva əyalətləri də ciddi ziyan görüb.

    Qeyd edək ki, Pakistanda təxminən bir aydır davam edən musson yağışları daşqınlara səbəb olmaqda davam edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Noyabr 2026
    28 Noyabr 2026