Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun dəvəti ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Bu barədə Bakıvaxtı.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər hüquqi sahədə əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. Görüş zamanı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Proqramı”nın imzalanması planlaşdırılır.
Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovla və Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovla görüşü nəzərdə tutulur.