• Bakı 21° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Pakistanın müdafiə naziri: ABŞ və İran razılaşmaya yaxınlaşır

DÜNYA

11 Avqust 2026 | 17:09 | Müəllif: Əli Hüseynov

Pakistanın müdafiə naziri: ABŞ və İran razılaşmaya yaxınlaşır

ABŞ və İran Hörmüz boğazı ilə bağlı “müəyyən razılaşmaya” yaxındır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif “Bloomberg“ agentliyinə bildirib.

    “Vəziyyət yenidən sülh sazişinin və ya razılaşmanın əldə olunması istiqamətində inkişaf edir. Son iki-üç gün ərzində gələn siqnallar müəyyən xarakterli razılaşmaya yaxın olduğumuzu göstərir”, – o qeyd edib.

    Xavaca Asif əlavə edib ki, davamlı sülhün əldə olunması Yaxın Şərq regionunun maraqlarına uyğun olardı.

    Qeyd edək ki, Pakistan ABŞ və İran arasında münaqişənin nizamlanması prosesində vasitəçi kimi çıxış edir.

    Bundan əvvəl Qətər XİN-dən bildirilib ki, İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar əhəmiyyətli dərəcədə irəliləyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Sentyabr 2026