• Bakı C

    9.18 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Parlamentin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

CƏMİYYƏT

02 Fevral 2026 | 12:30

Parlamentin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, İş planının layihəsi parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanunvericilik işlər planına üç yeni qanun layihəsi daxil edilib.

Yaz sessiyası müddətində Dövlət Qulluğu Məcəlləsi, "Uşaq hüquqları haqqında" və 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin qəbulu nəzərdə tutulub.

İş planına həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri və qüvvədə olan müxtəlif qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


SON XƏBƏRLƏR