• Bakı C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Hərbi sursatlar aşkar edildi - FOTO

CƏMİYYƏT

04 Mart 2026 | 11:34

Hərbi sursatlar aşkar edildi - FOTO

Naxçıvanda hərbi sursatlar aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Culfa rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

    Məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 120mm top mərmisi, 3 ədəd RPQ-7 mərmisinin idarə olunmayan mühərriki, 3 ədəd 30mm AQS mərmisi, 1 ədəd 2A42 topunun gilizi, 5 ədəd müxtəlif döyüş başlığı, 1 ədəd minaatan mərmisinin arxa pəri və 1 ədəd TM-62 tipli tank əleyhinə mina olduğu müəyyən edilib.

    Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.


    SON XƏBƏRLƏR

    03 Mart 2026