• Bakı 27° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azərbaycanlı ailə İrandan təxliyə olundu

CƏMİYYƏT

04 Mart 2026 | 11:30

Azərbaycanlı ailə İrandan təxliyə olundu

Bu gün səhər saatlarında "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ilk təxliyə prosesi həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, ilk təxliyə olunanlar Azərbaycan vətəndaşlarından ibarət bir ailə olub. Beş nəfərdən ibarət ailənin üç üzvü azyaşlıdır.

Ailə sərhəd-buraxılış məntəqəsində müvafiq prosedurlardan keçdikdən sonra aidiyyəti üzrə yola salınıb.

Ümumilikdə isə indiki saata qədər 10 nəfər təxliyə olunub.

Təxliyə prosesinin mərhələli şəkildə davam etdirildiyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026