• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Paşinyan Çinə səfər edəcək

DÜNYA

29 Avqust 2025 | 11:00

Paşinyan Çinə səfər edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Çinə işgüzar səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

    Avqustun 30-dan sentyabrın 3-dək davam edəcək səfər zamanı Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin "ŞƏT+" formatında iclasında və onun çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcək.

    Ermənistan liderinin bir sıra yüksək səviyyəli görüşləri, o cümlədən Çin Xalq Respublikasının sədri Si Cinpin və ÇXR sədrinin müavini Han Çjenglə görüşləri planlaşdırılır.

    Səfər zamanı Paşinyan əcnəbi həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Sentyabr 2026