• Bakı 25° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Paşinyan Gümrüdə növbədən-kənar seçkilərin keçirilməsini istəyir

DÜNYA

09 Iyun 2026 | 19:06

Paşinyan Gümrüdə növbədən-kənar seçkilərin keçirilməsini istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrünün Ağsaqqallar Şurasına (bələdiyyəsinə) növbədənkənar seçkilərin mümkün qədər tez keçirilməsinin vacibliyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, "Gümrünün məhəllələrində gördüklərim, açığını desəm, mənim üçün gözlənilməz və sarsıdıcı oldu. Mən təsəvvür edə bilməzdim ki, baş naziri olduğum ölkədə həyətlər bu vəziyyətdə ola bilər. Mən demişdim ki, Gümrüdə növbədənkənar seçkilər mümkün qədər tez keçirilməlidir. Buna qədər isə orada təxirəsalınmaz tədbirlər görməliyik", - deyə o, müşavirə zamanı bildirib.

Xatırladaq ki, 2025-ci il oktyabrın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü meriyasında axtarışlar aparıblar. Daha sonra Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rüşvətxorluq işi üzrə aparılan istintaq çərçivəsində səkkiz nəfərin, o cümlədən bələdiyyə sədri Vardan Qukasyan saxlanıldığını açıqlayıb./Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026