Çinin Fucien əyalətində ayaqqabı fabrikində baş verən güclü yanğın zamanı 28 nəfər həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Cincian şəhərində yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 8:00) baş verən yanğın bir neçə saat sonra nəzarət altına alınıb. Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən və 35 xüsusi nəqliyyat vasitəsi cəlb olunub.
Hadisə yerində axtarış işləri davam edir.
İlkin ehtimala görə, yanğın fabrikin birinci mərtəbəsində başlayıb. Binadakı tezalışan ayaqqabı materialları alovun sürətlə yayılmasına səbəb olub.
Bakı 



