• Bakı 17° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Paşinyan hakimiyyətini qoruya biləcək? - AÇIQLAMA

GÜNDƏM

25 Sentyabr 2023 | 12:46

Paşinyan hakimiyyətini qoruya biləcək? - AÇIQLAMA

“Azərbaycan Silahlı Qüvvələrinin sentyabr ayının 19-20-də həyata keçirdiyi lokal anti-terror tədbirləri nəticə etibarilə, Ermənistanda daxili situasiyanı kifayət qədər gərginləşdirib”.

Bunu Bakıvaxtı.az-a Ermənistanın paytaxtı İrəvanda kemirilən etiraz aksiyalarından danışan deputat Elman Nəsirov bildirb.

Onun sözlərinə görə, yenidən məğlub ovqatda olan Ermənistan siyasi hakimiyyəti və revanşistlər yeni reallıqda bir-birinə qarşı qənim kəsilmiş kimi görünürlər. Deputat qeyd edib ki, keçmiş prezident Rovert Köçəryan başda olmaqla revanşistlər, Nikol Paşinyana qarşı olan qüvvələr fürsətdən istifadə edərək baş naziri satqınlıq və xənətdə ittiham edərək hakimiyyətə gəlmək istəyirlər”.

Müsahibimiz qeyd edib ki, Paşinyanın müqavimət potensialı kifayət qədər böyükdür: “Üç-beş min nəfərin Paşinyana etiraz etməsi onun hakimiyyətlə vidalaşacağı anlamına gəlmir. Xüsusən də İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra o, nəinki hakimiyyətini qoruyub saxlaya bildi, hətta 2021-ci ilin iyun ayında parlament seçkiləri keçirərək, yenidən hakimiyyətini möhkəmləndirə bildi”.

E.Nəsirov hesab edir ki, erməni xalqı müharibənin əleyhinə idi, revanşistlərin hakimiyyətə gəlməyini istəmirdi: “Hesab edirəm ki, indi də anoloji vəziyyətdir, erməni xalqı revanşistlərin hakimiyyətini istəmir. Çünki bu hakimiyyət yenidən ölkəni müharibəyə sürükləyə bilər. Ona görə, Paşinyanın hakimiyyətini qoruyub saxlama imkanı kifayət qədər böyükdür”.

Elman Nəsirov:Üç-beş min nəfərin Paşinyana etiraz etməsi onun hakimiyyətlə vidalaşacağı anlamına gəlmir

Millət vəkili bildirib ki, indiki halda Ermənistanın ali siyasi rəhbərliyi sülh danışıqlarına gedir. Hətta sülh müqaviləsini imzalamaq niyyətində olduğu daha aydın şəkildə özünü büruzə verməkdədir: “Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bugünlərdə belə bir bəyanatla çıxış etdi ki, Ermənistan Azərbaycanla danışıqlara gedib sülh müqaviləsi imzalamağa hazırdır və bunun alternativi yoxdur. Hətta istisna deyil ki, oktyabr ayının 5-də İspaniyada keçirilən tədbir çərçivəsində Ermənistan və Azərbaycan rəhbərliyinin görüşü keçiriləcək, razılaşdırılmayan məqamların razılaşdırılması istiqamətində addımlar atılacaq”.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyası davam edir. Paytaxtın bəzi küçələrini bağlayan aksiya iştirakçıları Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı ilə bağlı Ermənistan hakimiyyətinə etirazlarını bildirir, Baş nazir Nikol Paşinyan hakimiyyətinin istefasını tələb edirlər.

Aytac Aslan


SON XƏBƏRLƏR

10 May 2025