• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

3+3 formatı: İranda keçiriləcək görüşdən nə gözlənilir?

GÜNDƏM

23 Oktyabr 2023 | 09:35 | Müəllif: Qalib İbrahimoğlu

3+3 formatı: İranda keçiriləcək görüşdən nə gözlənilir?

Məlum olduğu kimi, Cənubi Qafqazdakı son hadisələrlə bağlı bu gün Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin İranda görüşü keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində keçiriləcək görüşdə Cənubi Qafqazın gələcəyi, regional sabitliyin və sülhün təmin edilməsi, son vaxtlar İsrail-Fələstin problemi ilə bağlı Yaxın Şərqdə artan gərginlik müzakirə olunacaq. Görüşdən bir neçə saat əvvəl Gürcüstan iclasda iştirak etməyəcəyini açıqlayıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan və Cənubi Qafqaz üzrə türkiyəli siyasi ekspert Mehmet Gökhan bildirib ki, əslində, regional sabitliyi təmin etmək məqsədilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə ilk dəfə 2021-ci ilin dekabrında Moskvada 3+3 formatında Regional Əməkdaşlıq Platforması keçirilsə də, lakin davamlı olmayıb. Buna səbəb yenə də Gürcüstanın bu görüşdə iştirak etməməsi olub.

Müsahibimiz hesab qeyd edib ki, bu gün keçiriləcək sammit ölkələrin regionda mövcudluğu və regiondan kənar ölkələrin müdaxiləsi olmadan münasibətlərin qurulması baxımından müsbət rol oynayacaq: “Bu görüşün əsasən müsbət olacağı gözlənilir. Görüş zamanı siyasi, iqtisadi, tranzit və enerji məsələləri müzakirə olunacaq. Bundan əlavə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşacağı, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesində mühüm addımların atılacağı gözlənilir. Çünki Ermənistanın öz sabitliyi üçün bu sülh danışıqlarında səmimi olduğunu göstərmək çox vacibdir. Ermənistan başa düşməlidir ki, region ölkələri olmayan Fransa və Amerikaya etibar etmək olmaz və Cənubi Qafqazda sülhə nail olmağın yolu region ölkələri ilə danışıqlar yolu ilə əldə edilməlidir”.

Mehmet Gökhan:  Bu görüş 6 ölkənin sabitliyi, əməkdaşlığı və əldə etdiyi nailiyyətlər baxımından önəmlidir

Onun sözlərinə görə, Azərbaycanla İran arasında gərginliyin artdığı, enerji resurslarının tranziti üçün böyük əhəmiyyət kəsb edən “Zəngəzur dəhlizi”nin reallaşması məsələsinin gündəmdə olduğu bir vaxtda bu görüşün böyük əhəmiyyəti olacaq.

Siyası ekspert bildirib ki, bütün bunlarla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstanın görüşdən çıxacağı təqdirdə qapılarının Gürcüstana açıq olduğunu bəyan edib. Əslində, 2008-ci ildən pozulan Rusiya-Gürcüstan münasibətlərinin həlli üçün bu sammitin böyük əhəmiyyəti var.

“Bütün bu hadisələr fonunda keçiriləcək 3+3 Regional Əməkdaşlıq Platforması Cənubi Qafqazın gələcəyi və 6 ölkənin sabitliyi, əməkdaşlığı və əldə etdiyi nailiyyətlər baxımından önəmlidir”, - deyə Mehmet Gökhan əlavə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR