• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Ermənistan həmin prosesin başlanğıcındadır: Paşinyanı narahat edən nədir?

GÜNDƏM

20 Noyabr 2023 | 13:23

Ermənistan həmin prosesin başlanğıcındadır: Paşinyanı narahat edən nədir?

 Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT Parlament Assambleyasının iclasında Azərbaycanı ittiham edib. Paşinyan Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq istəməsini "ərazi iddiası", "hərbi təcavüz" kimi qiymətləndirib.

Qərbi Azərbaycan İcması İərəvana çağırış edərək beynəlxalq platformalarda ölkəmizə qarşı böhtan xarakterli ritorikanı davam etdirən Ermənistanı sülhə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırıb.

Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Paşinyanı narahat edən Ermənistana "Qərbi Azərbaycan" deyilməsi deyil, onu narahat edən faktın özüdür.

Professorun sözlərinə görə, bu fakt ərazilərin Azərbaycan türklərinə məxsusluğu reallığının dünyada bilinməsidir: "Qərbi Azərbaycan kökənli milyonlarla insan öz ərazisinə geri dönməkdə qərarlıdır və bunu "ərazi iddiası" adlandırmaq absurddur. Ərazi özü Azərbaycanın qərbində yerləşir və əhalinin tərkibi də Azərbaycan türkləri ilə eyni kökənə sahibdir".

Qafar Çaxmaqlı: Qərbi Azərbaycan kökənli milyonlarla insan öz ərazisinə geri dönməkdə qərarlıdır

Qafar Çaxmaqlının fikrincə, Qərbi Azərbaycan türkləri Ermənistan adlı dövləti tanımamalıdır: "Çünki bu dövlət bizim tarixi İrəvan xanlığı ərazisində süni bir qurum kimi ortaya çıxıb. Elə Paşinyan kimilərin etirafı da yerindədir ki, onun bir erməni dövləti kimi mövcudluğu mümkün olmayacaq. Belə süni dövlətlər tarixin müəyyən mərhələsində təbii bir proses kimi ortadan qalxır. Ermənistan həmin prosesin başlanğıcındadır. Bu dövlətin yaşaması üçün faktorlar mövcud deyil. Dövlətin mövcud olmaması üçün nə yetərli əhalisi, nə iqtisadi potensialı və başqa cəhətləri var".

Aydın Baxış


SON XƏBƏRLƏR