• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Pazfarm fırıldaqçılığı yeni adda davam edir

CƏMİYYƏT

20 Noyabr 2023 | 13:51

Pazfarm fırıldaqçılığı yeni adda davam edir

"Pazfarm ilə insanları aldadıb, aradan çıxan qrupun yeni yaratdığı “Future Farm” zəncirində tranzaksiyalar dayanıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas deyib.

Texnobloqer bildirib ki, 200-dən çox vətəndaş aldıqları virtual xiyarları sata bilmirlər: "Dəfələrlə xəbərdarlıqlar olsa da, insanlar hələ də bu platforma və zəncirlərə inanaraq, yatırım edirlər".

O, "Platformanın təsisçisi Əkrəm isə zənglərimə cavab vermir və hər şeyin yaxşı olacağını, ürəyimizi sərin saxlamağı məsləhət görür. Rəydə bir neçə görüntü bölüşəcəm", - deyə qeyd edib.

Aytac Aslan


SON XƏBƏRLƏR