• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AHİK-dən İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı BƏYƏNAT

CƏMİYYƏT

20 Dekabr 2023 | 12:52

AHİK-dən İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı BƏYƏNAT

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olunub.

Sonra İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı AHİK-in bəyanatı oxunub.

 

***

11:24

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin növbədənkənar Prezident seçkilərində prezidentliyə namizədliyinin dəstəklənməsi irəli sürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu təklifi AHİK sədri Səttar Möhbalıyev təklif səsləndirib.

Qurultay iştirakçıları təklifi yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Xatırladaq ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Artıq Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Bundan başqa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev müstəqil olaraq prezidentliyə namizədliklərini irəli sürüblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026