Yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə pensiya alan, istənilən növ müavinət, təqaüd və kompensasiya alan şəxslər, sosial yardım alan ailələr, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri “Buta” apteklər şəbəkəsində dərmanları endirimli qiymətlərlə əldə edə bilərlər. Bunun üçün onlar alış-veriş zamanı mütləq sosial ödəniş kartı, yəni pensiya, müavinət, sosial yardım, təqaüd və kompensasiya aldıqları kartla nağdsız qaydada ödəniş etməlidirlər.
Ölkəmizin hər yerində fəaliyyət göstərən “Buta” apteklər şəbəkəsi dərmanları sosial ödəniş alan şəxslərə endirimli qiymətlərlə təklif edir. Bu apteklər şəbəkəsindən sosial ödəniş kartları ilə nağdsız qaydada alış-veriş etdikdə 3 faizdən 10 faizədək endirim tətbiq olunur.
“Dünya Göz” klinikasında da sosial ödəniş alan şəxslərə müayinə və müalicə zamanı endirimlər var. Klinikada gözün bütün problemlərinin aradan qaldırılması üçün 500 fərqli müalicə üsulu təklif olunur.
Pensiya, müavinət, sosial yardım, təqaüd və kompensasiya alan şəxslər də “Memorial Klinik”də laboratoriya, poliklinika, həkim qəbulu, “check-up” müayinə və ünvanda xidmətlərdən yararlana bilərlər.
Sosial tərəfdaslar arasında Xaçmaz rayonunda fəaliyyət göstərən “Kristal” Ticarət Mərkəzi də yer alır. Yolunu bu ticarət mərkəzindən salıb alış-verişi sosial ödəniş kartı ilə edənlərin endirimlərdən faydalanmaq şansı var.
Endirimli alış-veriş, müayinə və müalicə fürsətlərindən yararlanmaq üçün pensiya, müavinət, kompensasiya və yaxud sosial yardım aldığınız kartla nağdsız qaydada ödəniş etməyi unutmayın.
Qeyd edək ki, bugünədək sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni sosial ödəniş kartları vasitəsilə 890 mindən çox alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar.
Çoxsaylı endirimlər təklif edən digər şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.