2024-cü ildə dünya üzrə həyat üçün təhlükə yaradan isti dalğalarının müddəti ümumilikdə 41 gün artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Beynəlxalq alimlər qrupunun təhlilinə görə, ötən il bəzi bölgələrdə həddindən artıq istilər 150 gün və daha çox davam edib.
Mütəxəssislər həmçinin bu il ən azı 3700 insanın ölümünə və milyonlarla insanın evlərini tərk etməsinə səbəb olan 29 ekstremal hava hadisəsini də vurğulayıblar.