• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Milli Qəhrəmanların ailə üzvləri görüşdü - VİDEO

CƏMİYYƏT

02 Yanvar 2025 | 22:20 | Müəllif: Subhan Mahmudov

Milli Qəhrəmanların ailə üzvləri görüşdü - VİDEO

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova dekabrın 25-də Aktau yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan təyyarə bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın həyat yoldaşı ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş II Fəxri xiyabanda baş tutub.

S.Həşimova H.Əliyevanın həlak olması ilə bağlı onun həyat yoldaşına başsağlığı verib, səbr diləyib.

Görüşün görüntülərini jurnalist Səidə Bəkirqızı paylaşıb.

Xatırladaq ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Onu da bildirək ki, P.Həşimov və H.Əliyeva II Fəxri xiyabanda dəfn ediliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026