• Bakı 12° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

CƏMİYYƏT

01 Fevral 2025 | 15:59

41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

AYNA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, məhdudiyyətlə əlaqədar 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. 

Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.


SON XƏBƏRLƏR