• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

"Vətəndaşlar pensiya yaşına az qalmış işdən azad olunurlar" - Deputat

İQTİSADİYYAT

07 Mart 2025 | 11:57

"Vətəndaşlar pensiya yaşına az qalmış işdən azad olunurlar" - Deputat

"Məruzdə pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluğu məsələsi qeyd olunur və bu vacib məqamdır. Bununla yanaşı, pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması da mühümdür".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinlik ilə üzləşirlər:

"Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Belə praktiki bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin".

Deputat qeyd edib ki, bu, onların sosial hüquqların qorunması baxımdan vacibdir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026