• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Pensiya yaşına çatmadan vəfat edən şəxslərin kapitalının aqibəti necə olur?

CƏMİYYƏT

13 Oktyabr 2023 | 13:46

Pensiya yaşına çatmadan vəfat edən şəxslərin kapitalının aqibəti necə olur?

"Pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşların kapitalı ilə bağlı sual verildi. Pensiya sistemimizin üçdə bir hissəsi ailə başçısını itirməyə görə pensiyadır. Məhz o da vəfat etmiş şəxslərin kapitalının, onların əmək qabiliyyətsiz ailə üzvlərinə yönəldilməsi ilə bağlıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.

"Bu gün 200 minə yaxın Azərbaycan vətəndaşı məhz ailə başçısını itirməyə görə pensiya alır. Yəni, o kapital heç bir yerə itmir. O kapital əmək qabiliyyətli şəxslərin pensiyasının ödənilməsinə gedir", - deyə nazir bildirib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026