• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Pike nə qədər maaş alıb?

İDMAN

08 Yanvar 2022 | 10:58 | Müəllif: Subhan Mahmudov

Pike nə qədər maaş alıb?

"Barselona"nın futbolçusu Jerar Pike klubdakı maaşının məbləğini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bankdan aldığı arayışı şəxsi tviter səhifəsində paylaşıb. O, ötən il Kataloniya təmsilçisindən cəmi 2,3 milyon avro alıb. Onun sözlərinə görə, bu məbləğ ümumi məvacibin 50 faizidir. Həmçinin Pike bununla ötən il vergilərdən əlavə 28 milyon avro qazandığı barədə yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, Jerar Pike "Barselona"da pandemiya ilə bağlı yaranmış maliyyə çətinliyinə görə maaşının böyük hissəsindən imtina edib.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026