• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Noyer Kanın tarixi rekordunu təkrarladı

İDMAN

06 Fevral 2022 | 20:16

Noyer Kanın tarixi rekordunu təkrarladı

Almaniya Bundesliqasının 21-ci turu çərçivəsində baş tutan “Leypsiq”lə ev oyunu “Bavariya”nın qapıçısı Manuel Noyer üçün əlamətdar olub.

Bakıvaxtı.az xəbər verir ki, almaniyalı qolkiper Bundesliqada 310-cu qələbəsinə sevinib.

Komandası bu oyunda 3:2 hesabıyla qalib gəlib. Bununla da Noyer “Bavariya”nın sabiq qapıçısı Oliver Kanın rekordunu təkrarlayıb. Keçmiş qolkiper də vaxtilə Bundesliqada 310 qələbəyə sevinib.

Hazırda 35 yaşı olan Noyer 310 qələbə sayına 458 matçda çatıb. Kan isə vaxtilə bunu 557 matçda gerçəkləşdirib. Manuel Noyerin karyerasını hələ davam etdirdiyini nəzərə alsaq, onun mütləq rekordçuya çevriləcəyi də şübhə doğurmur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026