• Bakı 18° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İngiltərə çempionatında oyun dayandırıldı

İDMAN

06 Fevral 2022 | 22:45

İngiltərə çempionatında oyun dayandırıldı

İngiltərə çempionatının “Morkem” – “Bolton” görüşü 10 dəqiqəlik dayandırılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 3-cü divizionun 1:1 hesabı ilə başa çatan qarşılaşmasında irqçiliklə bağlı münaqişə üzündən fasilə yaranıb.

Matçın baş hakimi Ros Cons oyunun sonlarına bir neçə dəqiqə qalmış görüşü saxlayıb. Buna qonaqların baş məşqçisi İan İvattın meydan sahiblərinin irqçiliklə bağlı şüarlarına etirazı səbəb olub.

10 dəqiqəlik fasilədən sonra görüş başa çatdırılıb. Stadiondan kənarlaşdırılan azarkeşlə bağlı polis araşdırması başlayıb. Qonaqların da 5 fanatı xuliqanlıq üstündə saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR