• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Polad Həşimovun şəxsi əşyaları muzeyə verildi - FOTO

GÜNDƏM

22 May 2021 | 18:13

Polad Həşimovun şəxsi əşyaları muzeyə verildi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə muzey məlumat yayıb.

Əşyalar P.Həşimovun həyat yoldaşı və oğlu tərəfindən muzeyə verilib. Bunlar şəhidin istifadə etdiyi hərbi geyim səhra forması – şalvar, kitel və papaqdan ibarətdir. Formanın üzərində general-mayor Polad Həşimovun adı və soyadı həkk olunub. 

Bu dəyərli materiallar muzeydə yeni yaradılan “Anadır arzulara hər zaman, Qarabağ” adlı sərgidə nümayiş olunacaq.

Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

P.Həşimov iyulun 15-də II Fəxri xiyabanda torpağa tapşırılıb.


Polad Həşimovun şəxsi əşyaları muzeyə verildi - FOTOPolad Həşimovun şəxsi əşyaları muzeyə verildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026