• Bakı 15° C

    1.83 m/s

Polisdən qaçan oğru binanın divarından yıxılaraq öldü - VİDEO

DÜNYA

11 Avqust 2022 | 10:22 | Müəllif: Subhan Mahmudov

Polisdən qaçan oğru binanın divarından yıxılaraq öldü - VİDEO

Rusiyanın paytaxı Moskvada oğru ərzaq mağazasını soymağa cəhd edib.

Polis oğrunun ardınca düşərək onu təqib edib. Bu zaman şübhəli qaçaraq binanın divarına dırmaşıb. O, müvazinətini itirib və yıxılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə gələn həkimlər onu xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Ölən şəxsin əvvəllər qadağan olunmuş maddələrin saxlanması və yayılmasına görə məhkum olunduğu müəyyən edilib. Qonşuları iddia ediblər ki, həmin şəxs narkotik aludəçisi imiş və oğurluq etdiyi gün də sərxoş vəziyyətdə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR