• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Zelenski ordenlə təltif edildi

DÜNYA

10 Sentyabr 2022 | 09:26

Zelenski ordenlə təltif edildi

Latviya Prezidenti Eqil Levits Ukrayna Prezidenti Volodimir Zelenskiyə Latviyanın ali hərbi mükafatı olan “Viestura” ordenini təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında məlumat verilib.

“Bu gün (dünən – red.) Kiyevdə keçirilən görüşdə Latviya Prezidenti Ukrayna dövlətinin başçısına Latviya Respublikasının ali hərbi mükafatı – “Vyestura” ordenini təqdim edib”, - məlumatda deyilir.

Zelenskinin təltif olunması barədə qərar 2022-ci il martın 1-də Latviya Sərəncamlar Bölməsi tərəfindən “ölkəsinin qəhrəmancasına müdafiəsinə”, eləcə də “Avropanın təhlükəsizliyinin qorunmasına görə” qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026