• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Polşada müəllimlərin yalnız 20%-i öz maaşlarından razıdır - SORĞU

DÜNYA

20 Oktyabr 2025 | 16:16

Polşada müəllimlərin yalnız 20%-i öz maaşlarından razıdır - SORĞU

Polşalı müəllimlər hesab edirlər ki, onların peşəsi lazımi səviyyədə qiymətləndirilmir və onlara hörmətsizlik edilir. 

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu,  Polşa Müəllimlər İttifaqının (ZNP)  son araşdırmasında yer alıb.

Araşdırmaya əsasən, Polşa müəllimlərinin yalnız 20%-i maaşlarından razı qaldıqlarını bildirib ki, bu da Aİ-də ən aşağı göstəricilərdən biridir.

Polşada müəllimlərin yalnız 4%-nin yaşı 30-dan aşağıdır. Polşada 5-8-ci siniflərdə çalışan müəllimlərin orta yaşı 48-dir. Müəllim heyətinin 78%-ni qadınlar təşkil edir. 

Digər ölkələrlə müqayisədə, Polşada müəllimlər onların fikirlərinin hakimiyyət tərəfindən nəzərə alınmadığına xüsusilə inanırlar. Polşalı müəllimlərin yalnız 15%-i qərar qəbul edənlərin onları dinlədiyini bildirib.

Bu nəticələr Polşanı müəllimlərə hörmətin ən aşağı səviyyədə olduğu ölkələr sırasına daxil edib.

Araşdırmada hər ikinci müəllimin (47%) öz məktəbində şagirdlərin valideynləri tərəfindən kifayət qədər tanınmadığı, hər üçüncü müəllimin (34%) isə şagirdlərin özləri tərəfindən kifayət qədər tanınmadığı yer alıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR