• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Postmüharibə dövründə 2500 qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib

CƏMİYYƏT

10 Iyun 2022 | 11:26 | Müəllif: Qalib İbrahimoğlu

Postmüharibə dövründə 2500 qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib

"Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Vətən müharibəsi qazilərinə əlilliyin təyin edilməsi və əlilliyin yeni meyarları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.

A.Bayramov deyib ki, 44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub: "Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026