• Bakı 12° C

    1.97 m/s

Prezident əhalini mitinqə çağırdı

DÜNYA

14 Iyun 2022 | 23:26

Prezident əhalini mitinqə çağırdı

Gürcüstan prezidenti Salome Zurabişvili vətəndaşları Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o ölkənin Avropaya inteqrasiyası siyasəti kursunun dəstəklənməsi üçün vətəndaşları iyunun 16-da Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.

“İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin bir-birimizin gözünün içinə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək”,- deyə Zurabişvili bildirib.

O, həmçinin müxalifəti ölkədə baş verənlərlə bağlı Aİ-yə yanlış məlumat göndərməkdə ittiham edib. Zurabişvili bir daha bütün tərəfləri birliyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026