• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

SİYASƏT

20 Iyul 2024 | 20:53 | Müəllif: Subhan Mahmudov

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Biz Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Pakistan tərəfindən hər zaman qardaş dəstəyi hiss etdiyimizi xatırladan dövlətimizin başçısı buna görə bir daha minnətdarlığını bildirib. “Bu sahədə (media – red.) səylərimizin birləşdirilməsi çox yaxşı bir fikirdir. Hesab edirəm ki, biz bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyə bilmək üçün birgə media işçi qrupu da yarada bilərik. Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə isə sizin. Bunu təkcə Pakistanla deyil, digər dost ölkələrlə də edə bilərik”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026