• Bakı 14° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Prospektin ortasında qalan “Qazel” qəzaya səbəb oldu - VİDEO

HADİSƏ

02 May 2025 | 11:48

Prospektin ortasında qalan “Qazel” qəzaya səbəb oldu - VİDEO

Texniki nasaz avtomobilin yolun orta zolağında qalması, təhlükəsizlik tədbirlərinin görülməməsi və ara məsafəsinin saxlanılmaması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov məlumat  verib.

Bildirilib ki, prospektdən mərkəz istiqamətində hərəkət edən “Qazel” markalı yük avtomobilində texniki nasazlıq yaranıb və sürücü avtomobildə yaranan nasazlığı həll etməyə çalışıb.

Nəticədə yolda hərəkət edən nəqliyyat vasitələri üçün qəza şəraiti yaranıb və digər sürücünün ara məsafəsi saxlamaması da yol-nəqliyyat hadisənin baş verməsini qaçılmaz edib.


SON XƏBƏRLƏR