• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

PSG Lamin Yamala “elçi düşdü”

İDMAN

09 Mart 2024 | 16:20

PSG Lamin Yamala “elçi düşdü”

İspaniyanın “FC Barselona” klubunun futbolçusu Lamin Yamal karyerasını Fransada davam etdirə bilər.

Bakıvaxtı.az “Marca” nəşrinə istinadən xəbər verir ki, PSG 16 yaşlı vingerlə maraqlanır.

Paris təmsilçisi ispaniyalı oyunçuya görə 200 milyon avro ödəməyə hazırdır. Ölkə çempionu gənc futbolçunu yayda İspaniyanın “Real Madrid” klubuna keçəcəyi gözlənilən Kilian Mbappeyə əvəzləyici kimi görür.

Yamalın meneceri Jorje Mendeş bu həftə “FC Barcelona”nın prezidenti Xuan Laporta ilə görüşüb və bu transferin mümkünlüyünü müzakirə edib. Kataloniya təmsilçisi isə onun satılmasının əleyhinədir.

Qeyd edək ki, Yamal cari mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barça” ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026