• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Pul xərcləmək istəmirsinizsə, kasıb qız sevin” - Pərvin Abıyeva “Razi-Ziya dastanı”ndan DANIŞDI

MƏDƏNİYYƏT-ŞOU

01 Iyun 2023 | 12:48

“Pul xərcləmək istəmirsinizsə, kasıb qız sevin” - Pərvin Abıyeva “Razi-Ziya dastanı”ndan DANIŞDI

Model Razi Əliyevanın evli sevgilisi tərəfindən döyülməsi müzakirə mövzusudur. Aktrisa Pərvin Abıyeva da baş verənlərə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Razi Əliyeva ilə rəfiqə olduğunu deyən Pərvin Abıyeva, onun Ziya Hüseynzadə tərəfindən bir il işgəncələrə və şiddətə məruz qaldığnı vurğulayıb: "Bu bir il ərzində Ziya Razinin telefonundan götürdüyü çılpaq şəkillərlə, videolarla və bir-birinə atdığı fotolarla onu şantaj edib. Razi də "cəhənnəm olsun" deyib, Ziyanın yanından qaçıb gedir. Burada "Biri vardı, biri yoxdur" söhbəti yoxdur”.

Onun sözlərinə görə, rəfiqəsi Ziyanın evli olduğunu bir həftədir bilib: “Bunu biləndən sonra da ondan qaçıb. Bundan sonra Ziya Razinin anasının qapısına gəlsə də, qız deyir ki, bizim bir yerdə olmağımız artıq mümkün deyil. Oğlan da acığa düşüb, qızın foto və videolarını sosial şəbəkələrdə yayıb. Mən Razi ilə çörək kəsmişəm. O, özü ilə birgə Razini Amsterdama aparıb. Orada restoranların birində xoşaqəlməz şeylər edir. Gizlincə elə çəkir ki, guya bunu Razi edib. Amma noldu? Özünü də, ailəni də biabır etdin. Güya Raziyə nə oldu ki? Raziyə başımla cavabdehəm. O qız həyatı boyu narkotik vasitələrinin yanına belə yaxınlaşmayıb. İnsanı döymək, əsarətdə saxlamaq, vuraraq gömgöy etmək, üzünü-gözünü dağıtmağa sənə kim haqq verib?”

Pərvinin iddiasına görə, Ziya bütün günü Razini döyüb, küncə qoyub: “Qızın sifəti "it günündə"dir. Bunlardan sonra Razi ictimaiyyət arasına neçə çıxmalı idi ki? Bütün günü sual verirdiniz ki, Razi niyə şəkil paylaşmır? Bax, buna görə o fotolarını yayımlamırdı. Burada heç bir xəyanətdən söhbət getmir. Razi heç zaman ictimaiyyət və cəmiyyət içində özünü əxlaqsız, tərbiyəsiz, hörmətsiz, səviyyəsiz kimi apamayıb".

P.Abıyevanın sözlərinə görə, bir neçə il əvvəl Razinin ad gününə avtomobil alan Ziya bu hadisələrdən sonra nəqliyyat vasitəsini geri istəyib. "Ziya özün də bilirsən ki, Razi necə bir qızdır... Marka geyinən, xarici ölkələri gəzən adamdır. Necə və nə cür edir, əcəb edir, özü bilər. Fakt odur ki, sən bu qızı tanıyanda belə tanımısan. Əgər bu qıza verdiyini istəyirsənsə, ona da verməlisən. Avtomobil hədiyyə almısan, indi də onu geri istəyirsən. İki il qızın başına oyun açmısan və evə qapatmısan. Bir dəfə dalaşdılar, qız avtomobili keçirdi oğlanın adına və dedi ki, "Qırıl, uzaq dur məndən". Oğlan getdi-gəldi yalvardı, avtomobili yenidən qızın adına  keçirdi. O gün də yazıb ki, gətir avtomobili qaytar. Allah kəssin sənin verdiyin maşını. Verib, dərdindən ölən. Pul xərcləmək istəmirsiniz, gedib kasıb qız sevin. Sən Razi ilə sevgili olanda bilmirdin ki, gəlib deyəcək ki, ayda mənim bu qədər xərcim var",- deyə aktrisa bildirib.

Xəyalə Rza


SON XƏBƏRLƏR

26 Iyul 2024