• Bakı 10° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Pullu yoldan istifadə qaydasını pozanlar məsuliyyət daşıyacaq

CƏMİYYƏT

27 Dekabr 2024 | 11:43

Pullu yoldan istifadə qaydasını pozanlar məsuliyyət daşıyacaq

Azərbaycanda ödənişli avtomobil yollarından istifadə qaydalarını pozan şəxslər məsuliyyət daşıyacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, "Avtomobil yolları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihə ödənişli avtomobil yollarından istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Təklif edilən dəyişikliyə əsasən, avtomobil yolları istifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, habelə buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyət daşıyırlar.

Həmçinin inzibati məsuliyyətə səbəb olan bu halların tətbiqi zamanı hüquqi müəyyənliyin olması üçün qanuna iki yeni anlayış - “ödəniş məntəqəsi” və “buraxılış məntəqəsi” anlayışları daxil edilir.

Layihə III oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

27 Dekabr 2024