• Bakı 15° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

Putin Amerikanı saymadı  - İrina Tsukerman

DÜNYA

12 Fevral 2024 | 11:19

Putin Amerikanı saymadı  - İrina Tsukerman

“Daha öncədən Taker Karlson və Putinin bu müsahibədə fərqli məqsədləri var idi, lakin Taker bunu başa düşmədi və buna görə də müsahibənin nəticələri təəccübli oldu”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında amerikalı ekspert İrina Tsukerman deyib.

Müsahibimiz Trampçı jurnalist-tarixçi olan Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə olan geniş müsahibəsini şərh edib.

Xatırladaq ki, sosial şəbəkədə 200 milyon baxış sayını ötən müsahibə son bir neçə gündür ki, dünya mediasında rezonans doğurub. Trampist jurnalistin Rusiya liderinin siyasi maraqlarını Amerika cəmiyyətinə təqdim etməsi ABŞ və müttəfiqləri tərəfindən birmənalı qarşılanmayıb.

Analitikin sözlərinə görə, Karlsonun məqsədi ABŞ-ın hazırkı siyasətinə şübhə ilə yanaşan, eyni zamanda Rusiyanı dəstəkləməkdə tərəddüd edən Amerika ictimaiyyətinin gözündə Putini daha məqbul göstərməklə Donald Trampa və tərəfdarlarına müraciət etmək idi:

“Məhz buna görə də o, sualları bu yöndə yönəltdi və Putini humanistləşdirmək üçün müsahibəni təşkil etdi. Lakin Putin ABŞ auditoriyasına daha sevimli görünmək istəmədi, əksinə, o, ABŞ-ın fikrinə qətiyyən əhəmiyyət verməyən biri kimi görünmək istəyirdi. Eləcə də o, ABŞ ictimai rəyini qəsdən saymayan biri kimi görünmək istəyirdi və hətta bir amerikalı jurnalist tərəfindən manipulyasiya edilmədiyini sübuta yetirməyə çalışırdı”.

Siyasi təhlilçi iddia edib ki, Putinin məqsədi ABŞ mediasının şəxsiyyətlərə və hadisələrə nəzarət edən bir sistem olduğunu göstərmək idi:

“Hətta bu, Takerin axmaq görünməsinə səbəb olsa belə, baş verənlər tam olaraq budur. Beləliklə, Putin öz məqsədlərinə nail oldu və Taker hədəflərin nə olduğunu və ya Putinin Amerika ictimaiyyətinə deyil, ruslara çıxış etdiyini və bunun Putin üçün xüsusi bir təbliğat fürsəti olduğunu başa düşə bilmədi. Aydındır ki, Putinin dediklərinin heç biri Amerikanın siyasi xəttinə uyğun gəlmir və olması da nəzərdə tutulmayıb. Fikrimcə, ABŞ heç bir xarici siyasətini başqa bir ölkənin avtoritar və düşmənçi liderinin təbliğatı üzərində qurmamalıdır. Bununla belə, ABŞ həqiqətən də öz maraqlarına əsaslanan siyasəti dəyişməlidir ki, Ukraynanı daha aqressiv şəkildə dəstəkləsin, hərbi yardımı daxili siyasi çəkişmələrdən ayırsın və Ukraynanın da daxil olduğu mühüm müttəfiqlərə dəstək versin”.

“Məsələn, Tayvan, İsrail və Birləşmiş Ştatlar hazırda müxtəlif siyasi maraqlardan irəli gələn, habelə dezinformasiyaya əsaslanan çaşqın və sarsıntılı siyasətə malik görünürlər. ABŞ və müttəfiqləri Ukraynanı mümkün qədər tez silahlandırmalı və sanksiyaların tətbiqi ilə bağlı daha sərt olmalı, Rusiyanı faktiki olaraq daha çox təcrid etməli və təbii ehtiyatlarına başqa alternativlər tapmalıdır. O, Rusiyanı öz təhlükəsizliyinə və iqtisadi maraqlarına bilavasitə təhdid, qrup ətrafında zərər vuran aktor kimi görməlidir. Eyni zamanda Moskva təkcə bir ölkə kimi deyil, həm də təhlükəli şəbəkənin bir hissəsi kimi qəbul edilməlidir”, - deyə o fiikirlərini yekunlaşdırıb.

Rafi Müslümov


SON XƏBƏRLƏR