• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Putinlə Baydenin görüşü başa çatdı - YENİLƏNİB

DÜNYA

07 Dekabr 2021 | 21:21

Putinlə Baydenin görüşü başa çatdı - YENİLƏNİB

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlar başa çatıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, danışıqlar iki saat davam edib.

Görüş qapalı şəraitdə baş tutub. 

Qeyd edək ki, bu, iki ölkə liderinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.

*** 19:42

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden ilk dəfə telekonfrans formatında keçirilən ikitərəfli danışıqlara başlayıblar.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, liderlərin Ukrayna ətrafındakı vəziyyəti və strateji sabitlik məsələlərini müzakirə edəcəyi gözlənilir. Onlar həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxuna bilərlər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Putinlə Bayden arasında ünsiyyət kifayət qədər uzun davam edə bilər.

İki lider arasında bugünkü söhbət Baydenin Amerika prezidenti vəzifəsinə başlamasından bugünədək beşinci söhbətdir. Bundan əvvəl iki dövlətin başçıları üç dəfə telefonla danışıblar, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib və hər iki tərəfin fikrincə, konstruktiv olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026